İrakli Kobaxidze - bütün sahədə "Milli Hərəkatın" pozduğunu düzəltməli oluruq
İrakli Kobaxidze - bütün sahədə "Milli Hərəkatın" pozduğunu düzəltməli oluruq

Bütün sahədə “Milli Hərəkatın” pozduğunu düzəltməli oluruq, bu bizim üçün ağır yükdür, lakin dövlətçilik yanaşması onu nəzərdə tutur ki, o cümlədən öncəki hakimiyətin pozduğunu da düzəltməliyik, – bu barədə “Gürcü Arzusunun” icra katibi, İrakli Kobaxidze bu gün keçirilən brifinqdə bəyan etdi.

Onun dediyinə görə, “Gürcü Arzusu” hakimiyyəti öncəki hakimiyyətin pozduğunu düzəltməli olur, o cümlədən sərhədlərlə bağlı.

“Biz görürük ki, bütün sahədə pozulanları düzəltməli oluruq, Cənubi Osetiyanın sərhədini çəkdilər və bu gün nəticədə işğal və borderləşdirmə əldə etmişik, onların pozduğunu düzəldirik. Bu təqdirdə də, delimitasiya-demarkasiya məsələsində də pozduqlarını düzəltməli oluruq. Bütün sahədə bu cürdür, istər yoxulluq olsun, istər iqtisadiyyat, istər sərhədlərin çəkilməsi və ya işğal olsun. Bütün sahədə “Milli Hərəkatın” pozduğunu düzəltməli oluruq. Sözsüz ki, bu bizim üçün ağır yükdür, lakin dövlətçilik yanaşması onu nəzərdə tutur ki, o cümlədən öncəki hakimiyətin pozduğunu da düzəltməliyik”, – İrakli Kobaxidze bəyan etdi.