İrakli Kobaxidze - borcumuzdur ki, Tea Sulukianini dinləyək
İrakli Kobaxidze - borcumuzdur ki, Tea Sulukianini dinləyək

Hökumətdə kadr dəyişiklikləri baş nazirin səlahiyyətindədir, müvafiq olaraq, baş nazirin mövzu barəsində nə deyəcəyini dinləməliyik, – bu barədə Parlamentin sədri İrakli Kobaxidze Ədliyyə naziri, Tea Sulukianinin vəzifəsindən mümkün istefası barəsində bəyan etdi.

Onun dediyinə görə, qeyd olunan məsələ barəsində komandada hələlik söhbət olmayıb.

“Biz hələlik bu barədə söhbət etməmişik, lakin yaxın günlərdə mütləq müzakirə aparacağıq”, – Parlamentin sədri bəyan etdi.

Suala ki, Tea Sulukianinin bəyanatı ultimatum dilindədir ya yox, İrakli Kobaxidze şərhdən boyun qaçırır.

“Mövzu barədə təfərruatlı məlumatımın olmadığına görə, şərh verə bilmərəm. Tea Sulukiani komandamızın dəyrli üzvüdür, o, 2012-ci ildən nazirdir. Müvafiq olaraq borcumuzdur ki, onu dinləyək”, – İrakli Kobaxidze bəyan etdi.

Onun dediyin görə, reorqanizasiya barəsində hökumətin təşəbbüsü olsa, Parlament bunu müzakirə edəcək.

Dünən Ədliyyə naziri, Tea Sulukiani bəyan etdi ki, vəzifəsini tərk etməsini istisna etmir.

Bununla yanaşı bu gün, vitse-spiker Giya Volski bəyan etdi ki, mövcud məlumata görə, Tea Sulukianinin söhbət etdiyi mövzu, Ədliyyə Nazirliyindən Penitensial Xidmətinin çıxması ilə bağlıdır.