İrakli Kobaxidze - Əsas məqsədimiz azad, ədalətli, sakit seçkilərin keçirilməsinin təmin edilməsidir
İrakli Kobaxidze - Əsas məqsədimiz azad, ədalətli, sakit seçkilərin keçirilməsinin təmin edilməsidir

Bizim dəstək verdiyimiz prezident namizədi qeyri-məqbul formada təhqir edilir, – bu bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze “Gürcü Arzusu” ofisində keçirilən brifinqdə, seçki qabağı prosesini dəyərləndirərkən verdi.

Bununla yanaşı, İrakli Kobaxidzenin dediyinə görə, Salome Zurabişvilinin seçicilərinə psixoloji dəstək vermək cəhdləri də böyük problemdir.

“Prezident seçkilərinə iki həftə qaldı və tək istədiyimiz azad, ədalətli, sakit seçkilərin keçirilməsinin təmin edilməsidir. Biz 2012-ci ildən sonra, seçkilərin saxtalaşdırılması praktikasını aradan qaldırdıq və bu prinsipi qarşıdan gələn seçkilərdə də qoruyacağıq.

Biz rəqiblərimizə Avropa stilində seçki kampaniyasının keçirilməsini təqdim etdik və bizim namizədimiz məhz belə bir seçki kampaniyası aparır, cavab olaraq isə, Avropa və qərb seçki mədəniyyətindən uzaq kampaniya görürük” – dedi İrakli Kobaxidze.

İrakli Kobaxidze seçki qabağı kampaniyası prosesinin keçirilməsinə mane olan əsas pozuntuları və problemləri sadaladı.

Bu pozuntulardan biri, prezident namizədimizin qeyri-məqbul formada təhqir edilməsidir. İkincisi, namizədimizin seçicilərinə psixoloji təzyiq etməqdir. Üçüncüsü isə, namizdəmizin hər bir görüşündə destruktiv yanaşmadır.

Yenə bir qeyri-məqbul faktor, müxalifətin namizədlərinin verdiyi yalançı vədlərdir. Misal üçün, pensiyalarla bağlı vədlərin yetirnə yetirilməsi üçün, müəyyən səbəblərə görə, prezidentin heç bir imkanı və resursu yoxdur” – dedi İrakli Kobaxidze.