İrakli Kobaxidze bəyan edir ki, "Gürcü Arzusunun" nəticələrinə son iki həftə hadisələri, o cümlədən pandemiya müəyyən təsir etdi
İrakli Kobaxidze bəyan edir ki, "Gürcü Arzusunun" nəticələrinə son iki həftə hadisələri, o cümlədən pandemiya müəyyən təsir etdi

Proqnoz ki, Parlament seçkilərində “Gürcü Arzusu” təxminən 60 faiz götürəcəkdi, kifayət qədər real idi, halbuki müəyyən faktorlar, o cümlədən pandemiya mənfi təsir göstərdi, – bu barədə “Gürcü Arzusunun” icra katibi, İrakli Kobaxidze bəyan etdi.

“Bu proqnoz kifayət qədər real idi, son zamanlar inkişaf edən proseslər, təxminən iki həftəlik hadisələrin inkişafı, müəyyən mənfi dinamika göstərdi. Bu iki əsas faktor idi. Bu barədə az sonralar ictimaiyyətə məlumat çatdırmağa imkanımız olacaq. Kifayət qədər real proqnoz idi, daha artıq nəticə ilə, halbuki müəyyən faktorlar mənfi təsir göstərdilər. O cümlədən pandemiya. Sözsüz ki, pandemiyanın iki effekti var. Bilirsiniz ki, yoluxma halları artıb, bundan başqa, iqtisadi və sosial durum da pandemiya fonunda azalır, bütün ölkələrdə, o cümlədən Gürcüstanda. Təbiidir ki, bu seçkilərin dinamikasına, dəstəyin dinamikasına təsir edirdi. Yəni faktorlar var idi, məsələn seçkilər bir ay yarım bundan əvvəl keçirilsə idi, 60 faizlik nəticə tamamilə real idi”, – İrakli Kobaxidze bəyan etdi.