İrakli Absandze - Etnik və dini azlıqlara ekzotika kimi baxmaq klişesindən artıq çıxmalıyıq
İrakli Absandze - Etnik və dini azlıqlara ekzotika kimi baxmaq klişesindən artıq çıxmalıyıq

“Etnik və dini azlıqlara ekzotika kimi baxmaq klişesindən artıq çıxmalıyıq” – bu bəyanatı Birinci Kanalın jurnalisti İrakli Absandze “Aktual mövzu” verlişində qonaq kimi iştirak edərkən verdi.

“Biz dominant millətlərin nümayəndələrinə danışırıq ki, bizdə milli azlıqlar yaşayırlar, ancaq eyni zamanda özümüz onlara “özgə” gözü ilə baxırıq. Şükür tanrıya, bizim onlarla bərabər yaşamaq problemimiz heç vaxt yaranmayıb, ancaq indi elə bir vaxt gəldi ki, bir-birimizi görməliyik və bunun üçün də, bu ölkədə yaşayan və hayatlarını burada keçirən insanların müvəffəqiyyət tarixləri yazılmalıdır, – dedi Absandze.

“Birinci kanalın çox maraqlı bir layihəsi başlayır. Milli azlıqların yaşadıqları regionlarda korrespondent axtarırıq. Gürcü dilini bilən və müvafiq kompetensiyası olan hərkəs mənə müraciət etsin və onunla əməkdaşlığa hazırıq” – dedi Absandze.

Xatırladaq ki, noyabrın 16-da Gürcüsatnın İctimai Yayımçısı və Gürcüstanın Milli Azlıqlarının nümayəndələri ilə əməkdaşlıq memorandumu qoyuldu.