İkinci İliya - tez-tez olur ki, yanğınsöndürən-xilasedicilər xəsarət alırlar və həyatlarını qurban verirlər, tanrıdan diləyək ki yardımçı olsun
İkinci İliya - tez-tez olur ki, yanğınsöndürən-xilasedicilər xəsarət alırlar və həyatlarını qurban verirlər, tanrıdan diləyək ki yardımçı olsun

Tez-tez olur ki, yanğınsöndürən-xilasedicilər xəsarət alırlar və həyatlarını qurban verirlər, tanrıdan diləyək ki, yardımçı olsun, – bu barədə Bütün Gürcüstanın Katalikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya Sameba Kafedral Məbədində ibadət dua mərasimi zamanı bəyan etdi.

İkinci İliya bu gün yanğınsöndürən-xilasedicilərə xeyir-dua verdi.

Patriarx onlara Müqəddəs Giorginin ikonasını hədiyyə etdi.

Sameba Kafedral Məbədində ibadət dua mərasimində Gürcüstanın müxtəlif bölgəsindən gələn 700 yanğınsöndürən-xilasedici iştirak edirdi.