İkinci İliya - hər şeyi etməliyik ki, Pravoslavlığı qoruyub saxlayaq
İkinci İliya - hər şeyi etməliyik ki, Pravoslavlığı qoruyub saxlayaq

Hər şeyi etməliyik ki, Pravoslavlığı qoruyub saxlayaq, – bu barədə Bütün Gürcüstanın Katalikos-Patriarxı, İkinci İliya Sameba Kafedral məbədində ibadət dua mərasimi zamanı bəyan etdi.

İkinci İliya bütün Gürcüstanı Pravoslavlıq bayramı münasibəti ilə təbrik etdi.

Patriarx Pravoslavlığın əhəmiyyətindən danışdı.

“Bu böyük bayram münasibəti ilə sizi təbrik edirəm. Biz hər şeyi etməliyik ki, Pravoslavlığı qoruyub saxlayaq. Bu bayram ikonalara itaət edilməsi qərarı qəbul olunduqdan sonra yaradıldı. Çox hallar var ki, bəzi insan Pravoslavlığın nə olduğu bilmir. Biz Tanrıdan diləyirik ki, onların şürunu açsın.

Bu bayram bizim üçün çox əhəmiyətlidir. Dünya Patriarxı, Dimitriosun vaxtında, biz bir neçə dəfə görüşdük, mənim onunla Gürcüstanın avtokefaliyasının tanınması barəsində müzakirəm var idi. Onun ruhu üçün dua edirik, çünki o, öz nümayəndələrinə birbaşa əmr verdi ki, Gürcüstanın avtokefaliyası tanınsın.

Bir daha, bu böyük bayram münasibəti ilə hamınızı təbrik edirəm. Bizim üçün avtokefaliya çox əhəmiyyətlidir”, – Gürcüstan Patriarxı bəyan etdi.