İkinci İliya - gəclərimizə xüsusi diqqət yetirmək istəyirəm, gənclik ağıllı, müdrikdir, lakin pis qüvvə çalışır ki, yeni nəslimizi Tanrıdan ayırsın
İkinci İliya - gəclərimizə xüsusi diqqət yetirmək istəyirəm, gənclik ağıllı, müdrikdir, lakin pis qüvvə çalışır ki, yeni nəslimizi Tanrıdan ayırsın

Gəclərimizə xüsusi diqqət yetirmək istəyirəm, gənclik ağıllı, müdrikdir, lakin pis qüvvə çalışır ki, yeni nəslimizi Tanrıdan ayırsın, – bu barədə Bütün Gürcüstanın Katalikos-Patriarxı, İkinci İliya Sameba Kafedral Məbədində, həftəlik ibadət dua mərasimi zamanı bəyan etdi.

Patriarx Gürcüstanın keçmişi, hazırkı günü və gələcəyi barəsində danışdı.

İkinci İliyanın qeyd etdiyinə görə, gələcək nəsil nümunəni öz keçmişindən götürməlidir.

“Bu gün Estate Msxetelinin bayramıdır. Təbrik edirəm. Gürcüstanın keçmişi, hazırkı günü və gələcəyi barəsində danışmaq istəyirəm. Keçmiş bizim müəllimimiz olmalıdır, nə etməliyik, nə etməməliyik. Biz çətin vaxtdan, müharibələrdən, qarmaqarşıqlıqlardan keçdik, lakin həqiqi inamımızı qoruyub saxladıq. Bu gün biz, yenə çətin dövrdə yaşayırıq. Lakin biz buna dözməliyik.

Gəclərimizə xüsusi diqqət yetirmək istəyirəm, gənclik ağıllı, müdrikdir, lakin pis qüvvə çalışır ki, yeni nəslimizi Tanrıdan ayırsın. Ümid edirəm gənclərimiz bu çətinliyə dözəcəkdir.

Biz çalışırıq başqa ölkələrdən nümunə götürək, lakin bizim elə keçmişimiz və təcrübəmiz var ki, başqa ölkələr bizdən, gənclərimizdən nümunə götürməlidir”, – Patriarx bəyan etdi.