İkinci İlianın 86 yaşı tamam oldu
İkinci İlianın 86 yaşı tamam oldu

Bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın 86 yaşı tamam oldu.

Katolikos-Patriarx 1933-cü ilin yanvarın 4-də İrakli Şioraşvili adı ilə Vladikavkazda, Giorgi Ğuduşauri-Şiolaşvili və Natalia Kobaidzenin ailəsində doğulub.

1952-ci ilə Vladikavkazın 22 saylı məktəbini bitirdikdən sonra, Moskvanın Dini Seminariyasında təhsil almağa davam etdi. 1960-cı ildə Moskvanın Dini Akademiyasını bitirdi.

1957-ci ildə İrakli Şiolaşvili din xadimi oldu və İlia adını götürdü.

1977-ci ilin dekabrın 23-də 12-ci yerli kilsə iclasında mitropolit İlia Gürcüstanın Katolikos-Patriarxı seçildi.

Həmin ilin dekabrında onun intronizasiyası “taxta çıxması” baş tutdu.

2017-ci ilin dekabrının 25-də İkinci İlianın taxta çıxmasından 40 il tamam oldu.