İkinci İlia erməni kilsəsinin Gürcüstan Yeparxiyasının rəhbəri vəzifəsinin icraçısı ilə görüşdü
İkinci İlia erməni kilsəsinin Gürcüstan Yeparxiyasının rəhbəri vəzifəsinin icraçısı ilə görüşdü

Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia, sentyabrın 13-də, erməni kilsəsinin Gürcüstan Yeparxiyasının rəhbəri vəzifəsinin icraçısı, Arximandrit Kirakos Davtian ilə görüşdü.

Görüş tanışlıq xarakterini daşıyırdı və söhbət əsasən, sülhün və qarşılıqlı hörmətin möhkəmlənməsindən gedirdi.

Arximandrit Kirakos Davtian İkinci İliaya təşəkkür etdi və bəyan etdi ki, gürcülərin və ermənilərin dostuluğu üçün əlindən gələni edəcək.

Qonaq İkinci İliaya Davit Ağmaşenebeli ikonasını hədiyyə etdi.

Qeyd edilməlidir ki, erməni Arximandriti Gürcüstanda doğulduğu üçün, Gürcüstan tarixini və gürcü dilini yaxşı bilir.