İaqo Xviçia - etiraz nə qədər ədalətli olursa olsun, hər şey tez bir zamanda siyasi tamaşanın gündəminə bürünür və bu da, insanlarda düzgün münasibət formalaşmasına mane olur
İaqo Xviçia - etiraz nə qədər ədalətli olursa olsun, hər şey tez bir zamanda siyasi tamaşanın gündəminə bürünür və bu da, insanlarda düzgün münasibət formalaşmasına mane olur

 
Etiraz nə qədər ədalətli olursa olsun, hər şey tez bir zamanda siyasi tamaşanın gündəminə bürünür və bu da, insanlarda qəzəbləndirici fakta yönəlik düzgün münasibət formalaşmasına mane olur-bu barədə “Qirçi” partiyasının üzvü İaqo Xviçia bildirib.

İaqo Xviçia mətbuat vasitələrində yanvarın 24-də yayılmış video kadrlara və bununla əlaqədar verilən bəyanatlara münasibət bildirib.

“Ümumiyyətlə, bu ölkədə çox şey sistematik cinayət və sistematik problemlər ilə bağlıdır. Sistematik problemi təsdiqləmək istəyiriksə, daha yaxşı dəlillər var. İndiki hadisə polisin adamı döydüyünü göstərir. Bilirik ki, ictimaiyyət bundan həmişə qəzəblənib və indi də qəzəblənir.

Etiraz nə qədər ədalətli olursa olsun, hər şey tez bir zamanda siyasi tamaşanın gündəminə bürünür və bu da, insanlarda qəzəbləndirici fakta yönəlik düzgün münasibət formalaşmasına mane olur. Birdən hər şey tamaşaya çevrilir. Bu baxımdan biz düşünməliyik ki, hakimiyyət prosesdə iştirak edən bir-iki polis əməkdaşını həbs etməklə həmişə belə vəziyyətdən çox asanlıqla çıxır.

Bütün media məkan , müxalifət deyir ki, bu sistematik cinayətdir və üstünü örtürlər, lakin son olaraq elə çıxacaq ki, sıravi polisi himayə etməyəcklər və dediklərimiz təsdiqini tapmayıb. Əksinə, bunun əksi sübuta yetirilib. Müxalifət bu cür ittihamlar irəli sürərkən çox diqqətli olmalıdır” – deyə İaqo Xviçia bildirib.

Dövlət Müfəttişi Xidmətindən verilən məlumata görə, mətbuatda yayılan videoda qeydə alınan zorakılıq faktı ilə əlaqədar Daxili İşlər Nazirliyinin iki əməkdaşı saxlanılıb.