Hyustonda seriyalı qatil həbs edildi
Hyustonda seriyalı qatil həbs edildi

ABŞ-da Texas ştatının Hyuston şəhərində üç nəfərin eyni formada öldürülməsində ittiham edilən şəxs həbs edildi.

Ehtimala görə, o çoxdan aranan seriyalı qatildir.

Şəhər polisinin rəhbəri mətbuat konfransına bəyan etdi ki, 46 yaşlı Xose Cilberto Qonsalez 2004-2007-ci ildə bir neçə qətl cinayəti törədib.

Polis ehtimal edir ki, eyni formada öldürülən insanların qatili məhz Rodriqes ola bilər.

Rodriqes həbsdən 2017-ci ildə çıxdı. O 16 yaşlı qıza təcavü etmək cəhdi zamanı yaxalanmışdı və 10 il həbs cəzası almışdı.

Həbsdən çıxdıqdan sonra, o yenə üç qadını öldürdü.