Gürcüstanla avia-gediş-gəlişlərin dayandırılmasına görə, rus aviaşirkətləri milyonlarla rub ilə zərər gördülər və kompensasiya tələb edirlər
Gürcüstanla avia-gediş-gəlişlərin dayandırılmasına görə, rus aviaşirkətləri milyonlarla rub ilə zərər gördülər və kompensasiya tələb edirlər

Gürcüstanla avia-gediş-gəlişlərin dayandırılmasına görə, rus aviaşirkətləri milyonlarla rubl ilə zərər gördülər və kompensasiya tələb edirlər.

Bu barədə məlumatı “Exo Kavkaza” yayır.

Agentliyin məlumatına görə, “Pobeda” aviaşirkəti Rusiyanın Nəqliyyat Nazirliyinə məktubla müraciət edərək, Gürcüstanla avia-reyslərin dayandırılmasına görə, gördüyü zərərin kompensasiyasının nə zaman ödəniləcəyini soruşdu.

“Komersant” nəşriyyatı isə yazır ki, “Pobeda” aviaşirkəti 500 milyon rubla qədər zərər görüb.

Batumiyə və Tbilisiyə avia-reysləri “Pobedadan” başqa, “Aeroflot”, “S7”, “Ural avia xəttləri”, “Red vinqs” və “Smartavia” həyata keçirirdilər.

“S7” aviaşirkəti bəyan edir ki, 600 milyon rubla qədər zərər gördü.

“Red vinqs” şirkəti isə, 200 milyon rubl ilə zərər gördü.

Rusiya Gürcüstanla avia-uçuşları cari ilin iyunun 8-də dayandırdı.

Bunun səbəbi isə, rus deputatı Sergey Qavrilovun Gürcüstan parlamentində çıxışının Gürcüstan əhalisi tərəfindən etiraz edilməsi idi.

Bu hadisədən sonra, Gürcüstan parlamentinin spikeri istefa etdi.