Gürcüstanın Birinci Kanalının yeni binasının inşaatının ilk mərhələsinin başlaması ilə bağlı müqavilə imzalandı
Gürcüstanın Birinci Kanalının yeni binasının inşaatının ilk mərhələsinin başlaması ilə bağlı müqavilə imzalandı

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili və MMC “Dagi”-nin direktoru Mixeil Şarangia İctimai Yayımçının yeni binasının inşaatının birinci mərhələsinin başlaması ilə bağlı müqavilə imzaladılar.

Birinci mərhələ inşaatın konstruksiya və arxitektura hissəsini əhatə edir.

MMC “Dagi” 2020-ci ilin iyun ayında, Birinci Kanal tərəfindən elan edilən tenderdə qalib gələn şirkətdir.

Yayımçının yeni binası Politkovskaya №31-də, iki hektarlıq ərazidə yerləşəcək.

İnşaat üçün Tbilisi meriyasının arxitektura xidməti tərəfindən icazə verilib.

Binanın dizayni və vizualı Facebook-da səs vermə ilə seçildi.

Qeyd olunan dizayn 14 227 səs yığdı və xüsusi komisiya tərəfindən bəyənildi.

İnşaat işlərinə “Siems” şirkəti nəzarət edəcək.

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili bəyan edir ki, kanalın yenilənməsinin birinci mərhələsi real olaraq, bugün başlayır.

MMC “Daginin” direktoru Mixeil Şarangia qeyd etdi ki, inşaat işləri vaxtında və keyfiyyətli şəkildə həyata keçiriləcək.

“Bugün tarixi müqavilə qoyuldu. Nəsillərin işi həyata keçirilir və bunun əsası bugün qoyulur. Tenderdə bizim 15 illik təcrübəsi olan şirkətimiz qalib oldu və əsas olan odur ki, inşaat işləri vaxtında və keyfiyyətli şəkildə həyata keçiriləcək” – dedi Mixeil Şaranqia.