Gürcüstanın baş naziri namizədinin kimliyi bu gün məlum olacaq
Gürcüstanın baş naziri namizədinin kimliyi bu gün məlum olacaq

Bu gün “Gürcü Arzusu – Demokratik Gürcüstanın” ofisində siyasi şuranın və çoxluğun iclasları keçiriləcək.

“Gürcü Arzusunun” mətbuat xidmətinin məlumatına görə, iclasa partiyanın sədri, Bidzina İvanişvili rəhbərlik edəcək. Siyasi şuranın başa çatmasından sonra isə, çoxluğun iclası keçirləcək.

İclasda baş nazirin yeni namizədliyi və hökumət dəyişiklikləri barəsində müzakirə aparacaqlar.

Mamuka Baxtadze dünən yayılan bəyanatında qeyd edir ki, baş nazir vəzifəsini nəyə görə tərk edir. Mamuka Baxtadze yazır ki, onun fikirincə, missiya bu mərhələ üçün yerinə yetirilib.

“Mənim üçün böyük şərəf və eyni zamanda böyük məsuliyyət idi ki, Gürcüstanın baş naziri vəzifəsində ölkəmizin maraqlarının qorunmasına xidmət edəydim. Mən “Gürcü Arzusunun” üzvü idim və varam”, – Mamuka Baxtadzenin bəyanatında deyilir.

Gürcüstan hökumətinin yeniləşdirilmiş tərkibinə Parlament tərəfindən etimadın bəyan edilməsi lazım gələcək. Konstitusiyanı nəzərə alaraq, Parlament hökumətin səlahiyyətinin dayandırılmasından iki həftə ərzində, çoxluq tərəfindən təqdim olunmuş baş nazir və onun tərəfindən təqdim olunmuş hökumətə etimad bəyan edir. Konstitusiya ilə, hökumət tərkibi ilə birlikdə Parlamentə hökumət proqramı təqdim olunmalıdır. Nazirlər kabinetinə isə, etimadın alınması üçün Parlamentin tam tərkibinin çoxluğunun dəstəyi lazımdır. Konstitusiya uyğun olaraq, baş nazirin səlahiyyətləri istefa verən kimi dayandırılır, halbuki hökumət vəzifəsinin yerinə yetirilməsini yeni baş nazirin təyin edilməsinə qədər davam etdirir.