Gürcüstanın baş naziri işçi səfərlə ABŞ-a yola düşdü
Gürcüstanın baş naziri işçi səfərlə ABŞ-a yola düşdü

Gürcüstanın baş naziri işçi səfərlə Amerika Birləşmiş Ştatlarına yola düşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, səfərin ilk görüşü sentyabrın 17-də Vaşinqtonda, Ağ Evdə keçiriləcək. Gürcüstanın baş nazirinə ABŞ prezidntinin köməkçisi Con Bolton ev sahibliyi edəcək.

Sentyabrın 20-də Mamuka Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək.

 

Nyu Yorka səfəri zamanı baş nazirin Avropa İttifaqı liderləri, müxtəlif ölkə və hökumət başçıları ilə ikitərəfli görüşü planlaşdırılıb.

 

Şərh yaz