Gürcüstanda son 24 saatda 74 nəfər koronavirusdan vəfat edib
Gürcüstanda son 24 saatda 74 nəfər koronavirusdan vəfat edib

Gürcüstanda son 24 saatda 74 nəfər koronavirusdan vəfat edib. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc olunub.

Ölkədə virusdan vəfat edənlərin  ümumi sayı 11 810 nəfərdir.

Son 24 saat ərzində “Kovid-19”a yoluxanların sayı 4534 nəfərə çatıb, 3742 nəfər sağalıb.

Dünən, noyabrın 25-də Gürcüstanda 4331 nəfərdə koronavirus aşkarlanıb, 4804 nəfər sağalıb, 57 nəfər vəfat edib.