Gürcüstanda "Sinofarm" ilə vaksinasiya bu gündən başlayır
Gürcüstanda "Sinofarm" ilə vaksinasiya bu gündən başlayır

Gürcüstanda “Sinofarm” ilə immunizasiya prosesi bu gündən başlayır.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına görə, bu gün “Sinofarm” ilə vaksinasiya, prosesə qoşulmuş 30 müəssisədə 33 briqada ilə başlayacaq, 5 maydan isə, daha 44 müəssisə əlavə olunacaq.

Saat 09:30-da Tbilisi respublika Xəstəxanasında “sinofarm” vaksini ilə birbaşa efirdə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze peyvənd edildi.

İmmunizasiya şurasının qıərarı ilə, “sinofarm” vaksinasiya imkanı 18 yaşından yuxarı vətəndaşların var. Vaksinasiya üçün xüsusi portalda qeydiyyatdan keçmək lazımdır. Həmçinin qeydiyyatdan kemək 15 22 nömrəsi vasitəsi ilə mümkündür.

Xəstəliklərə Nəzarət Milli Mərkəzində bəyan etdiklərinə görə, Gürcüstanda “sinofarm” ilə vaksinasiya üçün 18 yaşından yuxarı olan vətəndaşların qeydiyyatı fəal həyata keçirilir və27 apreldən cəmi 17 613 vətəndaş qeydiyyatdan keçdi.

“Sinofarm” vaksini 45-ə qədər ölkədə tanınıb və istifadə olunur. Çin və xaricdə 200 milyondan artıq doza verilib”, – Xəstəliklərə Nəzarət Milli Mərkəzində bəyan edirlər.

Elə onların məlumatına görə, bu gün üçün ölkə miqyası ilə hər üç vaksinin inzibatiləşdirilməsi 91 müəssisədə 137 briqada ilə həyata keçirilir.