Gürcüstanda mayın 23 –dən etibarən   qüvvədə qalacaq və ləğv olunacaq  məhdudiyyətlər
Gürcüstanda mayın 23 –dən etibarən   qüvvədə qalacaq və ləğv olunacaq məhdudiyyətlər

 

 

Baş nazir Q.Qaxarianın rəhbərliyi ilə,Koordinasiya Şurası ,mayın 23-dən,yəni bu gün axşam saat 12:00-dan etibarən  fövqəladə vəziyyətin ,eləcə də komendant saatının ləğv olunmasına dair qərar qəbul edib-bu barədə Baş nazirin mətbuat katibi, İrakli Chikovani brifinqdə bildirib.

İrakli Chikovani mayın 23-dən etibarən Gürcüstanda hansı məhdudiyyətlərin qüvvədə qalacağı  və həmçinin hansıların ləğv olunacağı barədə ətraflı şəkildə danışıb.

″Bu gün,fövqəladə vəziyyətin bir çox ölkədə  yenə də davam etdirilməsi və pandemiyanın aktiv fazada olması fonunda,birgə uğurlu addımlar  və ölkədə həyata keçirilən tədbirlər ,fövqəladə vəziyyətin ləğvi ilə bağlı danışmağa ,eləcədə  digər məhdudiyyətlərin mərhələli şəkildə qaldırılmasına imkan  yaratdı.Bildiyiniz kimi, Baş nazirini rəhbərliyi ilə Koordinasiya Şurası  mayın 23-dən  ,yəni bu gün axşam saat 12-dən etibarən  fövqəladə vəziyyətin və müvafiq olaraq komendant saatının ləğvinə dair qərar verib.

Buna baxmayaraq,epidemioloji vəziyyətə müvafiq olaraq,virusun heç bir yerə getməməsi  səbəbi ilə,biz  Covid 19-un yayılmasının dayandırılması üçün aktiv tədbirlər  görmək məcburiyyətindəyik.Vətəndaşlarımızın təhlükəsizliyi ,həyat və sağlamlıqları kimi ən əsas dəyərlərin risk altında qalmaması  üçün ölkədə müəyyən məhdudiyyətlərin olması olduqca mühümdür.

″Mayın 23-dən etibarən qapalı ictimai yerlərdə ,o cümlədən ticarət obyektlərində də maska taxmaq və həmçinin sosial məsafənin qorunması məcburi olacaq.

Bolnisi munisipalitetində karantin ləğv olunub və bir tək Qeta və Muşevani kəndələri karantin zonaları olaraq qalır,bəhsi keçən bu kəndlərdə bu mərhələdə  aktiv profilaktik epidemioloji tədbirlər görülür.

Tetritsğaro munisipaliteti  yenə də karantin zonası olaraq qalır.

Avtomobildə  3 nəfərlik məhdudiyyət ləğv olunur və bu qadağa bir tək taksi xidməti zamanı tətbiq olunacaq.Həmçinin,bütün taksi sürücüləri məcburi şəkildə maska istifadə edəsi olacaqlar.

Həmçinin yaşları 70 və 70-dən yuxarı olan şəxslərin  evdən çıxmaları ilə bağlı qadağa ləğv olunur,lakin bu insanların risk qrupuna daxil  olmaları səbəbi ilə, biz onlara bir daha rekomendasiya ilə müraciət edirik,təxirəsalınmaz zərurət olmadan evdən bayıra çıxmasınlar və evdə qalsınlar″-deyə İrakli Chikovani bildirib.

Bununla yanaşı ,Baş nazirin mətbuat katibinin sözlərinə görə, ölkədə tibbi məhsulların ixracı qadağan olunur,söhbət  Covid 19-la mübarizədə zəruri olan məhsullardan gedir.

″Bundan başqa mayın 23-dən sonra aşağıda sadalanan məhdudiyyətlər qüvvədə qalır:

Restoran,bar  və ya kafelərdə  istifadəçilərə yerindəcə qida xidməti göstərmək ,həmçinin bu mərhələdə ,karantin zonaları istisna olmaqla ,mehmanxanaların fəaliyyəti qadağan olunur.Paltar və ayaqqabı ticarəti,onlayn ticarət istisna olmaqla yenə də  qadağan olunur.Həmçinin,artıq fəaliyyət göstərən  aqrar bazarlar istisna olmaqla,  mol və bazarların fəaliyyəti qadağan olunmuş olaraq qalır. İdman və mədəniyyət obyektlərinin fəaliyyəti və bu cür tədbirlərin keçirilməsi  qadağan olunur.Azartlı və uduşlu oyunlar bir tək elektron formada mümkündür.Burdaca qeyd edək ki,dövlət xidmətlərinin bir hissəsi yenə də uzaqdan həyata keçiriləcək″-deyə Chikovani bildirib.

Onun sözlərinə görə, fəaliyyətini davam etdirən bütün biznes  subyektlər Gürcüstanın  Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş  tələblərə əməl  etməyə  məcburdurlar  və əgər onlar qida istehsalı ilə məşğul olurlar isə, o zaman  Qida Təhlükəsizliyi Xidmətinin verdiyi tövsiyyələrə əməl  etmək məcburidir.

“Bu mərhələdə ictimai nəqliyyat, o cümlədən ictimai nəqliyyat ilə şəhərlərarası  yerdəyişməyə dair  məhdudiyyət  qorunub-saxlanılacaq   ” – deyə baş nazirin mətbuat katibi bildirib.

 

Hazırladı-Sevinc Mustafayeva