Gürcüstanda koronavirusun 522 yeni halı qeydə alındı, 1 074 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 522 yeni halı qeydə alındı, 1 074 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 522 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 353 965 halı təsdiq olunub. Buradan 339 392 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 074 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 048-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.38 faiz, son yeddi günün 2.29 faiz, son 14 günün isə, 2.61 faizdir.

Cəmi peyvənd edildi 206 742 insan, bir gündə 4 425 insan.

Karantin rejimində 41 vətəndaş, stasionarda müşahində altında 3 155 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 610 insan qalmaqdadır.