Gürcüstanda koronavirusun 2 712 yeni halı qeydə alındı, 1 561 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 712 yeni halı qeydə alındı, 1 561 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 2 712 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 416 338 halı təsdiq olunub. Buradan 381 246 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 561 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 25 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 793-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 6.93 faiz, son yeddi günün 7.09 faiz, son 14 günün isə, 6.59 faizdir.

Cəmi peyvənd edildi 464 875 insan, bir gündə 14 738 insan. Karantin rejimində 54 vətəndaş, stasionarda müşahində altında 5 547 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 963 insan qalmaqdadır.

Bununla yanaşı, 29 iyul durumu ilə, Gürcüstanda koronavirusun 2 796 yeni halı aşkar edildi, 2 088 pasiyent müalicə olunaraq sağaldı, 17 pasiyent vəfat etdi.