Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə qədər artdı, onların arasında sağalan 50 pasiyent var
Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə qədər artdı, onların arasında sağalan 50 pasiyent var

Gürcüstanda koronavirusun yenə iki halı qeydə alındı.

Bu barədə məlumat Gürcüstan höküməti tərəfindən, koronavirusla mübarizə çərçivəsində yaradılan xüsusi veb-səhifə stopcov.ge -də yayımlandı.

Veb-səhifənin məlumatına görə, bu vaxt üçün Gürcüstanda koronavirusa yoluxmanın 214 halı qeydə alınıb. Onların arasında sağalan 50 pasiyent var.

Koronavirusa görə, ölkədə 3 nəfər həyatını itirib.

Karantin rejimində 4559 vətəndaş qalır, stasiyonarlarda isə, – 353.