Gürcüstanda koronavirusa 821 yeni yoluxma  halı qeydə alınıb, 866 nəfər sağalıb.
Gürcüstanda koronavirusa 821 yeni yoluxma  halı qeydə alınıb, 866 nəfər sağalıb.

Gürcüstanda koronavirusa 821 yeni yoluxma  halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.

Son 24 saat ərzində ölkədə 866 nəfər sağalıb. Son bir gündə 31 pasiyent dünyasını dəyişib. Son 24 saat ərzində ölkədə 38 478 ədəd  test aparılıb, onlardan  23 864-ü antigen sürətli testi, 14 614-ü  isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi isə belədir- gündəlik 2.13 %, son 14 günün 2.77%, son 7 günün isə 2.73%.

Gürcüstanda kütləvi peyvəndləmə kampaniyası iyul ayında başlayacaq. Ölkə iyuldan oktyabr ayı da daxil olmaqla 3 milyon 200 mindən artıq doza qəbul edəcək. Hər iki doza ilə peyvənd olunmuş insanlar üçün   müəyyən güzəştlərin tətbiqinə dair  işlər aparılır. Bu güzəştlər  ölkədə peyvəndləmə  nisbətinin   30-40 faizə  çatmasından sonra qüvvəyə minəcək. Vaksinin əlavə dozalarının gətirilməsi ilə yanaşı peyvəndləmə yerlərinin sayı da artırılacaq.