Gürcüstanda koronavirusa 1655 yeni yoluxma halı qeydə alınıb, 2286  pasiyent sağalıb
Gürcüstanda koronavirusa 1655 yeni yoluxma halı qeydə alınıb, 2286  pasiyent sağalıb

Gürcüstanda koronavirusa 1655 yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda  2286  nəfər sağalıb. Son bir sutkada  23 pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 20 661  ədəd  test aparılıb, onlardan  10041-i antigen sürətli testi, 10 620-si isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  8.01 %, son 14 günün- 7.68 %, son 7 günün isə 7.68 %.

Gürcüstanda koronavirusa   ümumilikdə 423 843 yoluxma halı təsdiqlənib, onlardan  386 998 nəfər sağalıb, 5 876 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 506 780 nəfər peyvənd olunub, günlük  11 126 insan peyvənd olunub.

55 nəfər karantin rejimindədir, 6082  nəfər stasionar şəraitdə nəzarət altındadır, 2228 nəfər kliniki-mehmanxanadadır.

Bununla yanaşı, avqustun 1-də    Gürcüstanda koronavirusa 2654   yeni yoluxma halı qeydə alınıb, 1319 nəfər sağalıb, 33  nəfər isə vəfat edib.