Gürcüstanda ilk dəfə - "Disney" Birinci Kanalın partnyoru oldu
Gürcüstanda ilk dəfə - "Disney" Birinci Kanalın partnyoru oldu

“Disney” şirkəti (The Walt Disney Company) Gürcüstanda ilk dəfə Birinci Kanal ilə əməkdaşlıq müqaviləsini imzaladı.

2021-ci ilin yanvar ayından başlayaraq, Birinci Kanal tamaşaçılarına original, lisenziyalı, rəsmi müqavilə əsasında alınan paket təqdim edəcək, hansına gürcü dilində səsləndirilən “Disney” produksiyası daxil olacaq.

Müqavilə ilə 349 filmin göstərilməsi nəzərdə tutulub.

Disney-dən başqa, – Marvel20th Century StudiosLucasfilm kimi şirkətlərin filmlərinin yüksək səviyyəli dublyajı və efirə buraxılması nəzərdə tutulur.

İctimai Yayımçının baş direktoru Tinatin Berdzenişvilinin dediyinə görə, belə miqyaslı şirkətlərlə əməkdaşlıq və produksiyanın qanuni yollarla alınması Birinci Kanal üçün çox dəyərlidir.