Gürcüstanda fevralın 11-nə qədər ağır meteoroloji şəraitlər davam edəcək
Gürcüstanda fevralın 11-nə qədər ağır meteoroloji şəraitlər davam edəcək

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, fevralın 11-nə qədər Gürcüstanda ağır meteoroloji şəraitlər: güclü külək, qar və şaxta olacaq.

Agentliyin məlumatına görə, fevralın 8-dən 11-nə qədər bütün Gürcüstan ərazisində hava kəskin dərəcədə pisləşəcək.

“-5, -8 dərəcəlik şaxta sitrus məhsullarına ciddi zərər verə bilər” – bəyan edirlər agentlikdən.