Gürcüstana sabah NATO-nun Parlament Assambleyasının prezidenti gələcək
Gürcüstana sabah NATO-nun Parlament Assambleyasının prezidenti gələcək

12-13 sentyabrda Tbilisiyə NATO-nun Parlament Assambleyasının prezidenti Medlin Mun, NATO Parlament nümayəndə heyəti ilə birlikdə gələcək.

Gürcüstan Parlamentinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Medlin Mun Salome Zurabişvili, Arçil Talakvadze və İrakli Ğaribaşvili ilə görüş keçirəcək.

O, həmçinin Didi Xurvaleti kəndində inzibati sərhəd xəttinə gedəcək.