Gürcüstan və Ermənistan İctimai Yayımçıları arasında əməkdaşlıq memorandumu imzalandı
Gürcüstan və Ermənistan İctimai Yayımçıları arasında əməkdaşlıq memorandumu imzalandı

Bugün Gürcüstan və Ermənistan İctimai Yayımçıları arasında əməkdaşlıq memorandumu imzalandı.

Memoranduma əsasən, teleşirkətlər, müasir texnologiyalarla tanışlıq, yeni xəbərlərin arxivləşdirilməsi və informasiya instrumentlərinin tətbiq olunması ilə bağlı  birgə medya-layihələri və proqramlar üzərində işləyəcəklər.

Tərəflər seminarların, mütəxəssilərin iki tərəfli görüşlərinin və treninqlərin keçirilməsi ilə bağlı razılaşdılar.

“Ermənistanın İctimai Yayımçısı ilə əməkdaşlıq memorandumun qoyulması bizim üçün sevindirici haldır. İctimai Yayımçının missiyası ilə bağı ortaq mövqeyimiz var. Düşünürük ki, yayımçıların sıx əməkdaşlığı jurnalistikayı daha da təkmilləşdirəcək” – dedi Gürcüstanın İctimai Yayımçısının baş direktoru Vasil Mağlaperidze.

“Hər iki ölkənin zəngin medya-arxivi var, hansıların yeni layihələrin yaradılmasına böyük qatqıları olacaq” – deyib Ermənistanın İctimai Yayımçısının baş direktoru Marqarita Qriqoryan.