Gürcüstan prezidentinin sarayında Mixai Ziçi miniatürlərinin sərgisi keçirildi
Gürcüstan prezidentinin sarayında Mixai Ziçi miniatürlərinin sərgisi keçirildi

Macarıstan prezidenti Yanoş Aderin Gürcüstana rəsmi səfəri ilə bağlı, prezident sarayında 19 əsrin məşhur macar rəssamı Mixai Ziçinin “Pələng dərili pəhləvan” əsəri üçün çəkdiyi miniatürlərinin sərgisi keçirildi.

Sərgidə, 1888-ci ildə, Giorgi Kartvelişvili tərəfindən hazırlanan və Mixai Ziçinin ilyustrasiyaları ilə çap olunan kitabda yer alan 18 miniatür ilyustrasiyası təqdim edildi.

Macarıstan prezidenti Gürcüstana həyat yoldaşı Anita Herçex ilə bərabər gəlib.

Bu sabah Yanoş Ader və həyat yoldaşı prezident sarayında rəsmi qarşılama mərasimi ilə qarşılandılar.