Gürcüstan prezidenti Yerusəlimdə fəxri konsulluğun yeni ofisini açdı
Gürcüstan prezidenti Yerusəlimdə fəxri konsulluğun yeni ofisini açdı

Gürcüstan prezidenti Yerusəlimdə fəxri konsulluğun yeni ofisini açdı.

Yeni ofisin açılış mərasimində İsrailin Diaspora Naziri Tsipi Xotoveli, Yerusəlimin meri Moşe Lion və digər dəvət edilən qonaqlar iştirak edirdilər.

Konsulluq ofisini açarkən Gürcüstan prezidenti qeyd etdi ki, simvolikdir ki, ofisin açılışı İsrail Dövlətinin önəmli beynəlxalq tədbirə – Beşinci Xolokost Forumuna ev sahibliyi etdiyi zamana təsadüf etdi.

“Biz dünən bu tarixi və Gürcüstan-İsrail münasibətlərinə aid olan hadisələri xatırladıq. Gürcüstan və İsrail arasındaki münasibətlər o qədər özəl və xüsusidir ki, onu sözlərlə təsvir etmək çətindir” – dedi Gürcüstan prezidenti.

Salome Zurabişvili Yerusəlimdə Gürcüstanın fəxri konsulu İqal Amediyə Gürcüstan-İsrail münasibətləri üçün etdikləri qatqıya və qonaqlıq üçün təşəkkür etdi.