Gürcüstan Parlamentinin sədri olaraq Arçil Talakvadzeni seçdilər
Gürcüstan Parlamentinin sədri olaraq Arçil Talakvadzeni seçdilər

Gürcüstan Parlamentinin sədri olaraq Arçil Talakvadzeni seçdilər. Talakvadzeni qanunvericilik orqanının sədri vəzifəsinə seçilməsini bu günki plenar sessiyada 94 deputat dəstəklədi.

Səsvermədə “Milli Hərəkət” və “Avropa Gürcüstanı” üzvləri iştirak etmirdilər.

Arçil Talakvadze Gürcüstan Parlamentinin sədri vəzifəsində İrakli Kobaxidzeni əvəz etdi. Kobaxidze vəzifəsini bir neçə gün bundan əvvəl tərk etdi.

Doqquzuncu çağırış Parlamentində Talakvadze çoxluğun lideri idi.