Gürcüstan 2020-ci ilin ən yaxşı turizm istiqaməti adlandırılıb
Gürcüstan 2020-ci ilin ən yaxşı turizm istiqaməti adlandırılıb

Gürcüstan 2020-ci ilin ən yaxşı turizm istiqaməti adlandırılıb.

30 istiqamətdən ibarət olan reytinqi “Trevel leminq” veb-portalı, aparıcı bloggerlərin rəyləri əsasında yayır.

Veb-portalın qiymətləndirilməsində qeyd olunur ki, Gürcüstan dünyanın gizli qalan ən böyük səyahət cəvhərlərindən biridir.

Reytinqi tərtib edən müəllif qeyd edir ki, Gürcüstan maddi baxımdan olduqca əlyetərli bir turizm istiqamətidir.

Məqalənin müəllifi səyahətçilərə tövsiyyə edir ki, Gürcüstana apreldən oktyabra qədər müddətdə getsinlər.

“Gürcüstan qonaqlara çox şey təklif edir. Gözəl dağ peyzajları, həqiqətən fərqli mətbəx və şərab. Mən əminəm ki, yaxın illərdə, Gürcüstan ən məşhur turistik istiqamətlərdən biri olacaq” – yazır Keyit Makkali.

Reytinqə əsasən, dünyanın ən yaxşı turistik istiqamətləri: Gürcüstan, Nova Skotiya, Kuka adaları, Ruanda, Qırqızıstan, Ekvador, Götebörq (İsveç), Çerçil (Monitoba, Kanada), Dominika və Özbəkistan.