Quriyanın qubernatoru bəyan edir ki, Buknari kəndində xristian və müsəlman əhalisi arasında münaqişə sosiyal şəbəkədə yayılan məlumat əsasında başladı
Quriyanın qubernatoru bəyan edir ki, Buknari kəndində xristian və müsəlman əhalisi arasında münaqişə sosiyal şəbəkədə yayılan məlumat əsasında başladı

Bugün bu mövzu başa çatmalıdır, – bu bəyanatı Quriyanın qubernatoru Zurab Nasaraia Buknari kəndində baş verən hadisələrlə bağlı verdi.

Onun dediyinə görə, müəyyən insanlara bu münaqişənin davam etməsi əl verir.

Qubernator qeyd etdi ki, münaqişə sosiyal şəbəkədə yayılan yalan məlumatdan sonra başladı.

“Qarşıdurma göstərir ki, hər zaman olduğu kimi, bir neçə provokator ortaya çıxır və münaqişəyi davam etdirməyə çalışır. Ancaq iqtidar və əhali burada ona görə yığılmışıq ki, sosiyal şəbəkədə yayılan yayılan yalan məlumatın səbəb olduğu bu məsələ tez zamanda həll olunsun”, – dedi Zurab Nasaraia.

Bugün Buknari kəndində, müsəlman və xristian icmaları və iqtidar nümayəndələrinin birgə görüşü keçiriləcək.