Quramişvili prospektindəki partlayış nəticəsində xəsarət alanlara tibbi yardım göstərilir
Quramişvili prospektindəki partlayış nəticəsində xəsarət alanlara tibbi yardım göstərilir

Quramişvili prospektindəki partlayış nəticəsində xəsarət alanlara tibbi yardım göstərilir. Bu barədə məlumat Birinci Kanala Səhiyyə Nazirliyindən verildi.

“Birinci Universitet klinikasına üç pasient gətirilib – iki qadın və bir kişi. Kişiyi Xeçinaşvili klinikasına keçirdilər, bir qadını isə, “Hera” klinikasına. Səkkizinci xəstəxanaya aparılan iki pasient isə, artıq evinə göndərilib” – deyilir Səhiyyə Nazirliyinin məlumatında.

Həkimlərin məlumatına görə, 39 yaşlı kişinin vəziyyəti çox ağırdır. Onun bədəninin 60% yanıb. Qonşuların dediyinə görə, partlayış onun binasında ba. verib.

İlkin məlumata görə, partlayış kustar şəkildə montaj edilən isidicidən təbii qaz sızmasına görə baş verib.

Partlayış nəticəsində, binanın dördüncü mərtəbəsi partlayıb.

Hadisə yerinə gələn xilas edicilər bina sakinlərini evakuasiya etdilər.