Güclü küləklə əlaqədar Tbilisi meriyasının müvafiq xidmətləri fövqəladə rejimdə işləyir
Güclü küləklə əlaqədar Tbilisi meriyasının müvafiq xidmətləri fövqəladə rejimdə işləyir

Güclü külək Tbilisinin bir neçə rayonunda problemlər yaradıb.

Tbilisi meriyasının məlumatına görə, müxtəlif ünvanlarda dam örtükləri və reklam bannerləri zədələnib. Həm də ağaclar yıxılıb.

Onların sözlərinə görə, Tbilisi Qamqeobası və “Ekoservis Qrupunun” nümayəndələri yerindədirlər və likvidasiya işləri aparırlar.

Bələdiyyənin müvafiq xidmətləri də səfərbər olunub.