Qriqalaşvili və Maysuradze Avropa Çempionatını qələbə ilə başladılar (video)
Qriqalaşvili və Maysuradze Avropa Çempionatını qələbə ilə başladılar (video)

Praqada keçirilən Avropa Çempionatında bu gün üç gürcü yarışır. 81 kiloqram çəki kateqoriyasında Tato Qriqalaşvili və Luka Maysuradze Avropa Çempionatını qələbə ilə başladılar.

Qriqalaşvili İtaliyalı Kristian Parlatini, Maysuradze isə, Moldovalı Nikon Zabrossiuku məğlubiyyətə uğratdı.

Xatırladaq ki, 73 kiloqram çəki kateqoriyasında olimpia oyunlarının qızıl və bürünc medallarının sahibi Laşa Şavdatuaşvili Almaniyalı Antoni Zinqi məğlubiyyətə uğratdı.

İlkin görüşlər saat 13:00-da başladı. Final blokunun birbaşa reportajını isə, saat 19:00-da Gürcüstanın Birinci Kanalı təqdim edəcək.