Qori munisipalitetində üç yeniyetmədə koronavirus təsdiqləndi
Qori munisipalitetində üç yeniyetmədə koronavirus təsdiqləndi

Bugün təsdiqlənən koronavirus hallarından üçü Qori munisipalitetində qeydə alındı.

İctimai Sağlamlıq Mərkəzinin Şida-Kartli bölməsinin rəhbəri Ekaterine Korçaşvilinin məlumatına görə, infeksiyaya yoluxanlar 6, 11 və 14 yaşlı uşaqlardır.

Korçaşvilinin dediyinə görə, təsdiqlənən üç hal, kovid-infeksiyalı qadının kontaktlarıdır.

Epidemioloqlar Qori munisipalitetinin Tirdznisi və Kitsnisi kəndində yoxlanışlara və kontaktların axtarılmasına davam edirlər.