Giya Volski - məsləhətləşmələr davam etməyəcək, yaxın müddətdə baş nazir hazırlanmış versiyanı təqdim edəcək
Giya Volski - məsləhətləşmələr davam etməyəcək, yaxın müddətdə baş nazir hazırlanmış versiyanı təqdim edəcək

Məsləhətləşmələr davam etməyəcək, yaxın müddətdə baş nazir hazırlanmış versiyanı təqdim edəcək,  – bu barədə hökumətdə struktur dəyişiklikləri barəsində baş nazir, Mamuka Baxtadze ilə keçirilən görüşdən sonra jurnalistlərə parlament çoxluğunun nümayəndəsi, Giya Volski bəyan etdi.

Giya Volski bəyan edir ki, əsas konturlar formalaşmış və aydındır.

“Baş nazir öz fikirlərini təqdim etdi, biz tərəfindən qəbul olunan bir sıra fikirlər yazıldı. Mən düşünürəm ki, biz ona imkan verməliyik ki, hazırlanmış versiyanı təqdim etsin.

Əsas konturlar hamı üçün aydındır. Dəstək var, tamamilə anlaşma var. Müəyyən məsələlər barsində fərqli fikirlər mövcud idi  və məhz elə buna görə söhbətimiz yubandı. Razılaşdıq ki bununla bağlı məsləhətləşmələr davam etməyəcək, bu bizim bu barədə son görüşümüz idi”, – Giya Volski qeyd etdi.