Giya Volski - işğal olunmuş Abxaziya və "Cəbu Osetiyanın" Suriya tərəfindən tanınması, başdan ayağa Rusiyanın təşəbbüsüdür
Giya Volski - işğal olunmuş Abxaziya və "Cəbu Osetiyanın" Suriya tərəfindən tanınması, başdan ayağa Rusiyanın təşəbbüsüdür

Giya Volskinin fikirncə, Suriya tərəfindən işğal olunmuş Abxaziya və “Cəbu Osetiyanın” tanınması qərarının qəbul edilməsi, başdan ayağa Rusiyanın təşəbbüsüdür.

Birinci Kanala Giya Volskinin bildirdiyinə görə, Suriyanın qərarı onunla əlaqədardır ki, Bəşər Əl Əsədin sistemi və rejimi başdan ayağa Rusiyadan asılıdır.

“Gözlənilirdi ki, Suriya bu qərarı qəbul edəcək. Lakin əmin deyiləm ki, Parlament və komitələrdə bu məsələnin müzakirəsi baş verdi. Siyasi qərar bilavasitə Rusiyanın vasitəçiliyi ilə qəbul olunub. İkinci məsələdir ki, Rusiya onsuz da kifayət qədər zədələnmiş öz siyasi nüfüzunu, daha da ağır duruma salır. Real olaraq, Rusiyanın siyasi məqsədidir ki,  işğal olunmuş Abxaziya və Sxinvali bölgəsini müəyyən ölkələr tanısınlar. Əmin ola bilərəm ki, nəinki Bəşər Əl Əsəd, halbuki bütün sistemdə bir insan tapılmaz ki, bu münaqişə, yaranmış durum haqqında məlumatı olsun. Qərar da bundan irəli gəlir. Bu başdan ayağa Rusiyanın təşəbbüsüdür. Buna təziq deyə bilmərəm, bu Rusiyadan asılı olan insanların qərarıdır”, – Volski byan etdi.

Suriya Xarici İşlər Nazirliyi bu gün bəyan etdi ki, işğal olunmuş Abxaziya və “Cəbu Osetiyanı” “tanıdı“.

Şərh yaz