Giorgi Kvirikaşvili - Davosda keçirilən hər bir görüş konkret nəticəyə orientləşdirilib
Giorgi Kvirikaşvili - Davosda keçirilən hər bir görüş konkret nəticəyə orientləşdirilib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hesab edir ki, Daviosa müvəffəqiyyətli və produktiv səfər baş tutdu və keçirilən hər bir görüş konkret nəticəyə orientləşdirilmişdi.

Kvirikaşvili qeyd etdi ki, çox əhəmiyyətli tendensiya aşkarlandı. Birgə görüşlərin keçirilidiyi hər bir şirkətin nümayəndəsi və hər bir investor Gürcüstanı nümayəndə ofisinin açılması üçün perspektivli bir yer olaraq müzakirə etdi.

“Bu çox əhəmiyyətlidir, çünki biz praktiki olaraq, Avropa İttifaqı və Çin ilə nail olduğumuz razılaşmaların realizasiyasına keçirik. Görüşdüyümz şirkətlər arasında bir neçə iri Hindistan şirkəti və amerikan Hillwood şirkəti də var idi. 

Həmçinin, Azərbaycan prezidenti İlham Əliyevlə də yeni maraqlı perspektivlər müzakirə etdik” – dedi Giorgi Kvirikaşvili.

Kvirikaşvilinin dediyinə görə, onun nitqlə çıxış etdiyi paneldə iştirak edənlər Gürcüstandaki tərəqqinin necə ölkə üçün, eləcədə bütün region üçün əhəmiyyətini dərk etdilər.