Giorgi Qaxariya - təfərrüatı ilə bilirik, kim, harada, ölkənin destabilizasiyası məqsədi ilə nəyi planlaşdırırdı və planlaşdırır, lakin seçkilər dinc şəraitdə keçiriləcək
Giorgi Qaxariya - təfərrüatı ilə bilirik, kim, harada, ölkənin destabilizasiyası məqsədi ilə nəyi planlaşdırırdı və planlaşdırır, lakin seçkilər dinc şəraitdə keçiriləcək

Təfərrüatı ilə bilirəm, destabilizasiya və təxribatın hazırlanması üçün nələr planlaşdırılırdı, – bu barədə Daxili İşlər naziri Giorgi Qaxariya bəyan etdi.

Nazirin bəyan etdiyinə görə, seçkilər dinc və təhlükəsiz mühitdə keçiriləcək və bunun zəmanətini Daxili İşlər Nazirliyi verir.

“Qvaramiyanın hansı yazılar barəsində danışdığı haqqda təsəvvürüm yoxdur, lakin təfərrüatı ilə bilirəm, destabilizasiya və təxribatın hazırlanması üçün nələr planlaşdırılırdı və əmin edirəm ki, neytral bir idarə kimi, Daxili İşlər Nazirliyi Dövlət Təhlükəsizlik Xidməti ilə birlikdə, bütün bunları aşkar etmişik, təfərrüatı ilə bilirik, kim, harada, ölkənin destabilizasiyası məqsədi ilə nəyi planlaşdırırdı və planlaşdırır, lakin seçkilər dinc və təhlükəsiz şəraitdə keçiriləcək və bunun zəmanətini Daxili İşlər Nazirliyi verir”, – Giorgi Qaxariya bəyan etdi.

Dünən Nika Qvaramiya bəyan etdi ki, DTX onun və Mixeil Saakaşvilinin söhbəti yazısının yaymasını planlaşdırır.