Giorgi Qaxaria - Məqsədimiz odur ki, bugünki günümüz dünənkindən yaxşı olsun və daha yaxşı sabahki günümüzü bərabər yaradaq
Giorgi Qaxaria - Məqsədimiz odur ki, bugünki günümüz dünənkindən yaxşı olsun və daha yaxşı sabahki günümüzü bərabər yaradaq

Məqsədimiz odur ki, bugünki günümüz dünənkindən yaxşı olsun və daha yaxşı sabahki günümüzü bərabər yaradaq, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Kazbegidə, Mtsxeta, Duşeti, Tianeti və Kazbegi seçki məntəqələrində “Gürcü Arzusunun” majoritar deputatlığa namizədi Şalva Kereselidzeyi təqdim edərkən verdi.

Baş nazirin dediyinə görə, yerli iqtidar daha çox güclənməlidir.

“Mənim bu tarixi yerdə nitqlə çıxış edərək, sabahki gün haqqında danışmaq böyük bir fəxrdir. Məqsədimiz odur ki, bugünki günümüz dünənkindən yaxşı olsun və daha yaxşı sabahki günümüzü bərabər yaradaq”- dedi Giorgi Qaxaria.

Giorgi Qaxaria qeyd etdi ki, dövlət tərəfindən həyata keçirilən “Gürcüstanda istehsal et” kimi bütün proqramlar iqtidarın məqsədlərini əhaliyə daha yaxşı çatdırdı.

“Çox yaxında Jinvaliyə qədər yolun inşaat layihəsi başlayacaq. Bu deməkdir ki, Tbilisidən buraya bir saat ilə daha tez gəlmək mümkün olacaq” – dedi Giorgi Qaxaria.