Giorgi Qaxaria - Koronavirusla bağlı panikaya əsas yoxdur, Səhiyyə Nazirliyi və digər müvafiq idarələr vəziyyəti kontrol edirlər
Giorgi Qaxaria - Koronavirusla bağlı panikaya əsas yoxdur, Səhiyyə Nazirliyi və digər müvafiq idarələr vəziyyəti kontrol edirlər

Koronavirusla bağlı panikaya əsas yoxdur, Səhiyyə Nazirliyi və digər müvafiq idarələr vəziyyəti kontrol edirlər – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bu günki hökümət iclasında verdi.

Giorgi Qaxaria qeyd etdi ki, dünən Gürcüstanda koronavirusun ilk halı qeydə alındı və hərkəs Dünya Səhiyyə Təşkilatının tövsiyyələrini nəzərə almalıdır.

“İlk hal sərhəddə aşkarlandı və virusun sərhəddəykən aşkarlanması üçün gömrük işçilərinə və sərhədçilərə təşəkkür edirəm” – dedi Giorgi Qaxaria.

Gürcüstanda ilk koronavirus halı dünən qeydə alındı.

Virus Azərbaycanı keçərək, İrandan gələn 50 yaşlı kişidə aşkarlandı.