Giorgi Qaxaria idmançılara - Siz bu ölkənin adını ucaldırsınız
Giorgi Qaxaria idmançılara - Siz bu ölkənin adını ucaldırsınız

Böyük ölkələr belə 21 Dünya çempionu, dörd Olimpiya çempionu və 30-dan artıq Avropa çempionları ilə övünə bilməzlər,  – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Qoridə, idmançılarla görüş zamanı verdi.

Hökümət başçısı idmançılardan bu sahədə mövcud olan əsas problemləri dinlədi və onlar tərəfindən irəli sürülən təşəbbüslərlə tanış oldu.

“Siz bu ölkənin adını ucaldırsınız. Regionumuzda işğal problemi ilə üzləşdiyimiz bir vəziyyətdə sizin qələbələriniz çox önəmlidir. Onu da anlayıram ki, bu vəziyyətimiz sizə ölkəmizin müvəffəqiyyəti üçün mübarizə etmək üçün daha böyük emosiyalar və əlavə motivasiya verir. Bu vəziyyətdə ən önəmlisi, sizin ləyaqət və səmimiyyət hisslərinizdir, hansıları ilə, ölkənizə və regionununa xidmət edirsiniz” – dedi Giorgi Qaxaria.