Qaracalarda koronavirusu təsdiqlənən qadın, Tbilisidə, Didube bazarında işləyirdi
Qaracalarda koronavirusu təsdiqlənən qadın, Tbilisidə, Didube bazarında işləyirdi

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri Neli Xizanişvili bəyan edir ki, Qaracalar kəndində koronavirusu təsdiqlənən 63 yaşlı qadının kənddə çox kontaktı olmayıb, olanlar da tibbi yoxlanışdan keçirildilər.

Neli Xizanişvilinin dediyinə görə, qadın Tbilisi sakinidir və kəndə iki gün öncə qonaq gedibmiş.

“Qaracalara getdiyi axşam özünü pis hiss edib və mərkəzi xəstəxanaya müraciət edib. Analizi Luqar laboratoriyasına göndərildi və müsbət çıxdı. Qadın Tbilisi sakini olduğuna görə, Qaracalarda kontaktları çox deyil“, – deyir Neli Xizanişvili.

İnfeksiyaya yoluxan qadın hazırda Tbilisi İnfeksiya Xəstəxanasında müəlicə olunur.