Fransada Böyük Yeddiliyin sammiti rəsmi olaraq açıldı
Fransada Böyük Yeddiliyin sammiti rəsmi olaraq açıldı

Fransada Böyük Yeddiliyin üzv ölkələrinin zirvə toplantısı rəsmi olaraq açıldı. Forumun ev sahibi Fransa prezidenti Emmanuel Makrondur.

Zirvə toplantısı Biarits şəhərində keçirilir və liderlərin danışıqlarının əsas mövzusu iqtisadiyyat, ticarət əlaqələrində mövcud olar gərginliklər, “brexit” və Amazon meşəsində əmələ gələn miqyaslı yanğın olacaq.

Bundan başqa siyasətçilər müdafiə, gender bərabərliyi, təhsil, ətraf müfit və demokratiya məsələlərini müzakirə edəcəklər.

Zirvə toplantısında ilk dəfə Böyük Britaniyanın yeni seçilmiş baş naziri, Boris Conson iştirak edəcək.

Böyük Yeddiliyin üzvləri Fransa, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya və ABŞ-dır. Sammit Fransada avqustun 26-dək davam edəcək.