Forbes Batumiyi 2020-ci ilin, Avropanın ən yaxşı investisiya şəhərləri siyahısına daxil etdi
Forbes Batumiyi 2020-ci ilin, Avropanın ən yaxşı investisiya şəhərləri siyahısına daxil etdi

Forbes Batumiyi 2020-ci ilin, Avropanın ən yaxşı investisiya şəhərləri siyahısına daxil etdi.

Nəşriyyatın yazdığına görə, Batumi Qara Dənizin üçüncü böyük kurort şəhəridir.

“Şəhərdə binaların yüksəkliyi üçün məhdudiyyətlər yoxdur və inşaatçılar öz imkanlarını maksimuma qədər qaldırırlar” – yazır nəşriyyat Batumi haqqında.

Məqalədə qeyd olunur ki, 2018-ci ildən 2019-cu ilə qədər şəhərdə 22 752 mənzil tikilib.

“Qonşu Türkiyədən gələn investorlar bu şəhərin 2000 illik tarixinə rəğbət göstərirlər, oradaki qiymətlər isə, Avropanın yaxındaki dəniz hablarından xeyli aşağıdır” – yazır Forbes.

Batumidən başqa nəşriyyat Avropanın investisiyalar üçün ən gözəl şəhərləri arasına Nidderlandların Rotterdam şəhərini, İtaliyanın Neapolunu, Fransanın Mejevisini, Macarıstanın Sekeşfexervarını və Portuqaliyanın Portu şəhərini daxil edib.