Fətullah Gülənin təşkilatı ilə əlaqə ittihamı ilə, Türkiyədə 120 nəfərin həbs olunması orderi verildi
Fətullah Gülənin təşkilatı ilə əlaqə ittihamı ilə, Türkiyədə 120 nəfərin həbs olunması orderi verildi

Fətullah Gülənin təşkilatı ilə əlaqə ittihamı ilə, Türkiyədə 120 nəfərin həbs olunması orderi verildi.

Şübhəlilərin yaxalanması əməliyyatı 43 vilayətdə keçirilir.

Konyanın Prokurorluğunun məlumatına görə, istintaq “Məxvi İmamlar” işi üzrə aparılır.

Şübhəlilər barəsində məlumat yaxalananlardan birinin dindirilməsindən sonra məlum oldu.

Türkiyə hakimiyyəti Fətullah Gülənin təşkilatını dövlət çevrilişinin hazırlanması və həyata keçirilməsi cəhdində günahlandırır və bəyan edir ki, təşkilatı üzvləri ByLock mobil proqramından istifadə edirdilər.