Ermənistanın qanunverici orqanında Gürcüstan Parlamenti ilə əməkdaşlıq qrupu yaradılacaq
Ermənistanın qanunverici orqanında Gürcüstan Parlamenti ilə əməkdaşlıq qrupu yaradılacaq

Ermənistanın qanunverici orqanında Gürcüstan Parlamenti ilə əməkdaşlıq qrupu yaradılacaq.

Bu barədə bəyanatı Ermənistanın Milli Assambleyasının prezidenti Ararat Mirzoyan Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüş zamanı verdi.

Ararat Mirzoyan Gürcüstan prezidentinin Ermənistana səfəri haqqında qeyd etdi ki, belə səfərlər çox əhəmiyyətlidir və iki ölkə arasındaki tarixi əsası olan münasibətlərin müxtəlif sahələrdə inkişafı hər iki ölkə üçün çox əhəmiyyətlidir.

“Parlamentlərarası əməkdaşlığımız ənənəvidir və bugün də davam edəcək. Hal-hazırda isə, Ermənistan parlamentində Gürcüstan parlamenti ilə əməkdaşlıq üçün xüsusi qrup yaradılır, hansının rəhbəri Assambleyanın vitse-spikeri xanım Azaryan olacaq.

Beynəlxalq arenada əməkdaşlığımıza gəlincə isə, Ermənistanın nümayəndə heyyətləri hər zaman Gürcüstanın maraqlarına zidd olan məsələlərin səs vermələrindən baş qaçırdmağa çalışırlar.

Dağlıq Qarabağ münaqişəsi isə, sadəcə danışıqlar yolu ilə həll oluna bilər. Bu da bizim maraqlarımızdan irəli gəlir” – dedi Ararat Mirzoyan.