Ermənistanda koronavirusun 692 yeni halı aşkar edildi, 370 pasiyent müalicə olunaraq sağaldı
Ermənistanda koronavirusun 692 yeni halı aşkar edildi, 370 pasiyent müalicə olunaraq sağaldı

Ermənistanda son 24 saat ərzində koronavirusun 692 yeni halı aşkar edildi, 370 pasiyent müalicə olunaraq sağaldı. Bu barədə məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Ölkədə son bir gün ərzində koronavirusdan 16 pasiyent vəfat etdi.

Pandemiyanın başlamasından sonra, Ermənistanda koronavirusun 240 953 halı qeydə alınıb.

Virus nəticəsində ölkədə 4 812 insan vəfat edib, 225 963 pasiyent müalicə olunaraq sağalıb.

Ölkə miqyası ilə xəstəxanalarda koronavirusa yoluxmuş 9 026 pasiyent müalicəsini davam etdirir.